Portuqaliyalı mütəxəssis Xorxe Jesus Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi postunu rəsmən tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın müvəqqəti məşqçisi portuqaliyalının köməkçisi olan Məhəmməd əl-Şalhub olub.
Xesus 2023-cü ildən "Əl-Hilal"a rəhbərlik edir. Ötən mövsüm komanda Səudiyyə Ərəbistanı çempionatının və Kral Kubokunun qalibi olub. Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə “Əl-Hilal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komandanın 29 oyunda 62 xalı var.