AZ

Doğuşdan sonra ölən 18 yaşlı qadın erkən nikahın qurbanı olubmuş - Təfərrüat

Sumqayıtda qeysəriyyə əməliyyatından sonra vəfat edən qadının erkən yaşda ailə qurduğu məlum olub...

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü T.Hüseynova erkən yaşda ikən ailə həyatı qurub. O, Kürdəmir rayonundan Ağsunun Cəlayir kəndinə gəlin köçüb.

Qeyd edək ki, T.Hüseynova qeysəriyyə əməliyyatı ilə doğuş edib. Onun 4 kiloqramdan artıq çəkidə olan qız övladı dünyaya gəlib. Körpə hazırda Sumqayıt Tibb Mərkəzində müalicə olunur.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, erkən nikahlarla bağlı mübarizə tədbirləri gücləndirilsə də, bəzi valideynlərə görə, bu cür halların tam qarşısını almaq mümkün olmur:

"Erkən evliliklərin ən ağır nəticələrindən biri ana və uşaq ölümləridir. Təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, hələ də övladlarını erkən yaşda ailə qurmağa vadar edən valideynlər var. Valideynlərə bir daha səslənirik - övladlarınızın gələcəyini təhlükəyə atmayın, onları erkən nikahdan qoruyun".

Komitə rəsmisi əlavə edib ki, bu kimi hadisələr cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır:

"Hər bir ailə, məktəb və icma bu istiqamətdə maarifləndirmə işlərinə dəstək verməlidir".

***

Sumqayıtda qeysəriyyə əməliyyatı keçirən gənc qadın Bakıda dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, Kürdəmir rayon sakini 2007-ci il təvəllüdlü Tahirə Hüseynova aprelin 26-sı qeysəriyyə əməliyyatı ilə bağlı Sumqayıt Tibb Mərkəzinə gətirilib. Əməliyyat olunan qadının halı pisləşib.

O, təcili yardımla Bakıya - Mərkəzi Kilinik Xəstəxanaya gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Gənc ana mayın 1-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

4Mənbələr