Lənkəranın Göyşaban kəndində yerləşən 40 illik tullantı poliqonu təmizlənmir.
Hamını təngə gətirən zibil poliqonunun uzunluğu artıq üç kilometrə çatır və antisanitariya vəziyyətinin hökm sürməsi ciddi narahatlığa səbəb olur.
Baku TV-nin 3 il əvvəl ərazidə apardığı çəkiliş zamanı İcra Hakimiyyətindən bildirilmişdi ki, qısa müddətdə burada məişət tullantılarının emalı üçün zavod tikiləcək.
Lakin həmin vaxtdan bəri bununla bağlı heç bir iş görülmür.
Ətraflı süjetdə: