Təbrizin "Traktor" komandası tarixində ilk dəfə İran çempionu olub.
90deqiqe.Az-ın verdiyi məlumata əsasən, Cənubi Azərbaycanın tanınmış futbol klubu "Traktor" öz tarixində ilk dəfə İran çempionluğunu təmin edib.
XXVIII turda səfərdə "Şams Azər"lə qarşılaşan Təbriz təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Bu qələbə sayəsində xalını 64-ə çatdıran "Traktor", çempionatın sonuna iki tur qalmış ən yaxın rəqibi "Sepahan"ı 8 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.