Amerikalı məşhur reper Şon Kombsın məhkəməsi 12 mayda ABŞ-də başlayacaq. Ajans.az bildirir ki, "Mirror" qəzetinin yazdığına görə, o, ömürlük həbs cəzası ilə üz-üzədir. Reper, musiqi imperiyası pərdəsi altında zorakı seks ticarəti şəbəkəsi yaratmaqda, insan alverində, hədə-qorxu yolu ilə pul almaqda, narkotik vasitələrdən istifadə edərək qurbanları nəzarətdə saxlamaqda və saatlarla davam edən seks partiləri təşkil etməkdə ittiham olunur. "P. Diddy" ləqəbli reperə qarşı yüzlərlə iddia qaldırılıb. Ən önəmli şahidlərdən biri onun keçmiş sevgilisi Cassie Ventura olacaq. O, daha əvvəl reperi təcavüz və zorakılıqda ittiham etmişdi. Hətta reperin bir oteldə Cassieni vəhşicəsinə döydüyünü göstərən video da məhkəmə materiallarına daxil edilib.