AZ

Zelenski Moskvanın 3 günlük atəşkəs təklifini RƏDD EDİB

Ukrayna prezidenti Vladimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsilə bağlı Rusiyanın müvəqqəti atəşkəs təklifini rədd edib.

Modern.az-ın məlumatına görə, Zelenski deyib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

“Ukrayna Rusiya prezidentinin mayın 9-da beynəlxalq təcriddən çıxmasına imkan verəcək əlverişli atmosferin yaradılmasında iştirak etmək niyyətində deyil”, - Zelenski bildirib.

O, həmçinin deyib ki, Ukraynanın mayın 9-da Rusiyaya səfər etmək niyyətində olan ölkələrlə bağlı mövqeyi birmənalıdır.

"Biz Rusiya Federasiyasının ərazisində baş verənlərə görə məsuliyyəti öz üzərimizə götürə bilmərik. Təhlükəsizliyi təmin etmək onların məsuliyyət sahəsidir", - Zelenski qeyd edib.

Daha əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlamışdı. Oxşar atəşkəs Pasxa bayramında artıq elan edilmişdi.
 

Seçilən
0
modern.az

1Mənbələr