AZ

Ukrayna Rusiyanın atəşkəs təklifinə "yox" dedi

BAKI, 5 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin Qələbə günü ilə bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “İnterfaks Ukrayna” məlumat yayıb.

Ukrayna lideri 30 günlük atəşkəsə təkid edib, ancaq bu mümkün olmadıqda üç günlük atəşkəs təklifi ilə razılaşmayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 8-dən 11-dək İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə döyüşlərin dayandırılmasını təklif etmişdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr