Rusiya qoşunlarının “Şimal” qrupu Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasının qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə “Sever” qrupu ilə əlaqəli “Northern Wind” "Telegram" kanalı məlumat yayıb.
Rusiya dövlət sərhədinin pozulmadığı bildirilir.
Telekanalın məlumatına görə, Ukrayna ordusunun qüvvələrininin Popovka və Demidovka istiqamətində dövlət sərhədinə yaxınlaşmasının qarşısı alınır. Sumı istiqamətində Rusiya hərbçiləri təhlükəsizlik zonalarını artırırlar.
Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Vodolaqi və Loknya kəndləri yaxınlığındakı bir neçə dayaq məntəqəsindən çıxarılıb.
Şimal qrupunun Sumı istiqamətində ümumi irəliləyişi 1,6 min metrdən çox olub və Ukrayna Silahlı Qüvvələrinin beş ədəd zirehli texnikası məhv edilib.