AZ

"Əsrin məhkəməsi" başlayır

Mayın 12-də ABŞ-də qalmaqallı reper P.Diddinin “əsrin məhkəməsi” adlanan məhkəmə prosesi başlayacaq. Onu ömürlük həbs cəzası gözləyir. Bu fikirlər "Mirror"da dərc olunan məqalədəndir.


"Şon "Diddy" Kombs musiqi imperiyası adı altında zorakı seks alveri şəbəkəsi idarə etməkdə ittiham olunur. Qalmaqallı reper həmçinin reketçilikdə, insan alverində, qurbanlara nəzarətdə saxlamaq üçün narkotik vasitələrdən yararlanmaqda və saatlarla davam edən seks məclisləri təşkil etməkdə ittiham olunur", - nəşr yazıb.

P.Diddiyə qarşı yüzlərlə iddia qaldırılıb. Reperin keçmiş ortağı Kessi Ventura bu işdə əsas şahid olacaq. Bundan əvvəl qadın reperə qarşı zorlama və zorakılıq ittihamı ilə mülki iddia qaldırmışdı. Cinayət işinə Kombzun oteldə onu vəhşicəsinə döydüyünü göstərən bir video da əlavə edilib.

Mediada yayılan məlumatlara görə, o təqsirli bilinsə, həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirə bilər. Reperin məhkəməsi demək olar ki, son əsrin ən səs-küylü məhkəməsi sayılır. Onun qurbanları arasında şou əhlinin məşhurları da var.

Tural

Seçilən
0
news365.az

1Mənbələr