AZ

ABŞ Polkovniki: Ukraynanın məğlubiyyəti qaçılmazdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ ordusunun ehtiyatda olan polkovniki Daniel Davis bildirib ki, Qərbin dəstəyinə baxmayaraq, Ukrayna Rusiyayla münaqişədə məğlubiyyətdən qaça bilməyəcək.

Onun sözlərinə görə, Qərbin yardımını davam etdirməsi yalnız münaqişənin uzanmasına səbəb olacaq və Kiyevin danışıqlar aparmaq şansı qalmayacaq. Davis hesab edir ki, Avropa ölkələri Ukrayna ordusuna silah, sursat və hərbi hazırlıq baxımından kömək edə bilməyəcək. Nəticədə, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul etməyə məcbur qalacaq.

O həmçinin bildirib ki, artıq güzəşt və manevr dövrü başa çatır və ABŞ ya qərar verməli olacaq, ya da proseslər onun iştirakı olmadan müəyyən olunacaq.

Xatırladaq ki, aprelin sonunda ABŞ prezidenti Donald Tramp da Ukraynanın "çox tez bir zamanda məğlub olacağını" söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr