AZ

İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib

İranın İnqilab Keşikçiləri Qvardiyası (Sepah) noyabr ayından cənub-şərqdəki Sistan və Bəlucistan əyalətində həyata keçirdiyi antiterror əməliyyatları zamanı 150 yaraqlını həbs edib və daha 100 silahlını öldürüb.

Ölkə.az "Mehr" agentliyinə istinadla verir ki, bu barədə  Sepahın Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur məlumat verib:

"Bu əməliyyatlarda öldürülən 18 terrorçunun hamısı yerli yanacaq qaçaqmalçısı qiyafəsində olan əcnəbilərdir. Silahları yanacaq qablarında gizlədirlər".

O, bu versiyanı dəstəkləyən əsir götürülmüş cinayətkarların etiraflarına istinad edərək yerli sakinləri ayıq-sayıq olmağa və əcnəbilərin yerli əhali kimi görünməsinə imkan verməməyə çağırıb.

Həmidə İbrahimova

Seçilən
0
1
olke.az

2Mənbələr