Bakı. Trend:
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərənHeydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevinanadan olmasının 102 illiyinə həsr olunmuş "AzərbaycanRespublikasının inkişaf strategiyası, potensial imkanlar və yeniçağırışlar" respublika elmi-praktik konfransı keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Ümummilli Liderin Hərbi İnstitutunərazisindəki abidəsi önünə gül dəstələri düzülərək xatirəsinəehtiram nümayiş etdirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanVətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsivə Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması iləbaşlayıb.
Sonra iştirakçılara "Heydər Əliyev və Azərbaycan Respublikasınıninkişaf strategiyası"na həsr edilmiş videofilm təqdim olunub.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik ÜmüdvarQuliyev açılış nitqi söyləyərək konfrans iştirakçılarınısalamlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyatüzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinintabeliyində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləriİnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləridoktoru, professor Vaqif Abbasov, Dövlət Təhlükəsizliyi XidmətininHeydər Əliyev adına Akademiyasının rəisi general-mayor ElşadNəsirov və Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqatşöbəsinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentRamid Hüseynov çıxış edərək Heydər Əliyev və AzərbaycanRespublikasının inkişaf strategiyası, mövcud imkanlar və qarşıdaduran vəzifələr, çağırışlar barəsində fikirlərini konfransiştirakçılarına bildiriblər.
Daha sonra konfransın plenar iclası keçirilib. Konfransa 35təşkilat tərəfindən 100-dən çox məqalə təqdim edilib.
Konfransın əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsasıqoyulan müasir Azərbaycan Respublikasının inkişaf strategiyasınınmüxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, ölkəbaşçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlhamƏliyevin Azərbaycan Ordusunun qarşısında qoyduğu tələblərə müvafiqolaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərinelmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.
Konfrans plenar iclasdan sonra 5 bölmə üzrə işini davam etdirib,iştirakçıların maraqlı elmi məruzələri dinlənilib və mövzuya dairətraflı müzakirələr aparılıb.