AZ

Tikinti sektoruna verilən biznes kreditlərinin həcmi artdı

BAKI, 3 may. TELEQRAF

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən tikinti sektoruna verilmiş biznes kreditlərinin həcmi 1 milyard 457,3 milyon manata çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankınının açıqladığı statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 161 milyon manat və ya 12,5 faiz çoxdur.

Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 935 milyon manat təşkil edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr