AZ

“Sihirli annem”də yeni adlar - Fotolar

Məlum olduğu kimi, Türkiyənin məşhur serialı “Sihirli annem” əsasında film çəkilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, mayın 30-da yayımlanacaq “Sihirli annem: Hepimiz biriz” filminin heyətinə yeni adlar da qoşulub.

Tamaşaçılara həm nostalji səyahət, həm də yeni macəralar vəd edən filmdə Kutsi, Evrim Akın, Ahmet Kayakesen və Gamze Karta da yer alacaq.

Filmdə Kutsi Dudu Perinin qardaşı “Qoqo” rolunu, Evrim Akın isə “Doğum Perisi”, Ahmet Kayakesen “Aparıcı” və Gamze Karta “Akaşa” rollarını canlandıracaq.






Seçilən
0
qafqazinfo.az

1Mənbələr