
O, Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb və uzun illər Milli Dram Teatrının truppasında fəaliyyət göstərib. Səhnədə Aslan (“Kəndçi qızı”), İbad (“Almaz”), Loğman (“Yollara iz düşür”), Lətif (“Söz yarası”), Şah Edip (“Şah Edip”), Çingiz xan (“Sokratı anma gecəsi”), Kral Lir (“Kral Lir”), Murtuza Muxtarov (“Mesenat”) kimi yaddaqalan obrazlar yaradıb. Kinoda ilk dəfə “İstintaq davam edir” filmində polkovnik Çingizov obrazı ilə çıxış edib. Aktyor “Nəsimi”, “Dağlarda döyüş”, “Dədə Qorqud”, “Ən vacib müsahibə”, “Otel otağı”, “Vulkana doğru” kimi filmlərdə də müxtəlif rollar ifa edib. O, 16 filmdə, 10-dan artıq televiziya tamaşasında çıxış edib, bir sıra filmləri səsləndirib və “Mozalan” kinojurnalında da çəkilib.#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #kino #aktyorKamal Xudaverdiyev 2008-ci ildə vəfat edib.https://youtu.be/H2dSo_0v1ZA✍️"Ulusum".az
Diqqət Çəkənlər
Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı
Elşad Hacıyev: Kiberdələzduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb
Selena Qomezin nişanlısı müğənninin qəribəliklərini üzə çıxarıb