Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb", - telekanalın saytındakı məlumatda qeyd olunub. Materialda həmçinin vurğulanıb ki, Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi zamanı kütləvi qətllərin baş verdiyi yerə çevrilib.
Xatırladaq ki, apreldə azad edilmiş ərazilərdə iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. Burada tapılan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan digər məzarlıqda isə ən azı 7 nəfərə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir.