AZ

Ermənilər odla oynayır: Bakının səbri sonsuz deyil

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan və administrasiyası sonillərdə olduğu kimi, indi də ölkədəki revanşistlərləmüxalifətçilərin "bahar qıcıqlanması" ilə üzləşib.

5 il əvvəl, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsində məruzqaldığı kapitulyasiyadan sonra Ermənistandakı ağır ictimai-siyasiböhranın artıq çözüldyünü, problemlərin həllini tapdığınıdüşünənlər artıq yanlıdıqlarını anlayırlar.

Məyusluq, qorxu, qəzəb və illüziyalar kimi sosial qarabasmalaryenidən erməni cəmiyyətinə hakim olub.

Belə mənəvi təşviş və artan daxili böhran fonunda, artıqsiyasətdən getdiyi düşünülən şəxslər - sabiq prezidentlər,nazirlər, komandirlər yenidən, zahirən "qəflətən" fəallaşıblar.

Onların “paradı” təkcə keçmişə nostalgiya deyil, həm də revanşcəhdidir. Sadəcə "Qarabağın qaytarılması" idefiksi yox, həm dəitirilmiş nüfuz naminə.

Yaşanan proseslər Moskva ilə, küçə ilə, ordu ilə, ən əsası isəsərhədlə oynanılan təhlükəli oyunun başlanğıcı sayıla bilər.

Son həftələrdə Ermənistanda narahatedici bir dejavu yaşanır -ölkəni siyasi keçmişinin kölgələri bürüyür. Səhnədən çəkilmiş bufiqurlar qəfildən geri qayıdıblar - şərhçi kimi yox, oyunçu iddiasıilə. Bu, qeyri-adi bir “siyasi mumiyaların dirçəlişi”dir - onlarınpopulyarlığına görə yox, Paşinyanın zəifləyən hakimiyyəti ətrafındayaranmış siyasi vakuum səbəbindən.

Sabiq prezident Serj Sarqsyan uzun müddət könüllü siyasiinzivaya çəkilmişdi - onu “məxməri inqilabın” 2018-ci il dalğasıağır yandırmışdı. Lakin son günlərdə o, yenidən ictimaiyyət önünəçıxdı - gurultulu çıxışlar və ya manifestlərsiz, sadəcə sükutu ilə.Ermənistanın siyasi mədəniyyətində yaşlının sükutu bəzən ən təsirliməqalədən də önəmlidir. Buzlar qırılmağa başlayıb. Üstəlik,Sarqsyana sadiq qalan şəxslər hələ də partiya və gücstrukturlarında mövqelərini qoruyurlar.

Daha fəal davranan isə Robert Koçaryan oldu - “qarabağlı klan”ınlideri, siyasi ambisiyalarından heç vaxt vaz keçməyən bir fiqur.Onun İrəvandakı “Erməni Universiteti"ndəki mühazirəsi Paşinyanaqarşı əsl hücum idi. "Ordunun dağılması, Rusiya ilə əlaqələrin məhvedilməsi, Qarabağın satılması" - bütün günahlar onun ayağınayazıldı. Xüsusilə Praqa razılaşmasına istinad - burada PaşinyanAzərbaycanın ərazi bütövlüyünü tanımışdı - erməni elitası üçün çoxağrılı səsləndi. Bu, onlar üçün təslimiyyət demək idi.

İctimai şüuru manipulyasiya etməkdə usta olan Koçaryan buittihamları “iqtisadi reallıq”la da bəzədi: “Mənim dövrümdə Avropaİttifaqı ilə ticarət 22–24 % idi, indi - 6–7 %. O vaxt Rusiya ilə -25 %, indi - 55–60 %”. Bu rəqəmlər Ermənistanın xarici siyasətbalansının deqradasiyasının “sübutu” kimi təqdim edildi, halbukireallıq xeyli mürəkkəbdir. Amma təbliğat ustasının əlində butezislər effektiv silaha çevrilir.

Revanşist estafetdə növbəti iştirakçı keçmiş xarici işlər naziriVardan Oskanyan oldu. Vaxtilə diplomat olan Oskanyan indi birbaşatəzyiq siyasətini seçmiş siyasətçidir. Onun məqaləsi sadəcə tənqiddeyil, siyasi ittiham aktıdır. “Paşinyan - böhranın nəticəsi deyil,elə özü böhrandır” kimi ifadələr artıq hökm kimi səslənir. O,mövcud baş nazirin uzaqlaşdırılmasını alternativ yox, Ermənistanın“milli dövlət” kimi mövcudluğunun yeganə şərti kimi təqdim edir.Ermənistanın siyasi mədəniyyətində bu, küçə səfərbərliyinə, həttagüc ssenarisinə çağırışın üstüörtülü formasına bənzəyir.

Revanşist ritorikanın ən açıq ifadəsi isə keçmiş “komandir”Vitaliy Balasanyanın demarşı oldu. Bakının diqqət mərkəzində olankeçmiş separatçı geniş bir məktubla şəxsən Rusiya prezidentiVladimir Putinə müraciət etdi. Bu məktub təhlükəli sənəddir - o,göz yaşlı nostalgiya, tarixi manipulyasiya və açıq separatizminqarışığıdır. Balasanyan Qarabağ ermənilərini “geri dönməz tarixiədalətsizliyin” qurbanı kimi təqdim edir və Rusiya qarşısındayalvarış edir: “Bizi oradan qovublar, geri qaytarın”. Gülüstan vəTürkmənçay müqavilələrinə istinad edərək XIX əsri diriltməyəçalışır.

Əsas mesaj sadədir: Rusiya müdaxilə etməli və Qarabağınidarəsini yenidən ermənilərə qaytarmalıdır. “Faşizmə qarşı qələbədəQarabağ ermənilərinin payı”, “irsi soyqırımı” və “bunu yalnızRusiya dövləti dayandıra bilər” kimi manipulyativ arqumentlərlə buçağırış maskalanır. Əslində isə burada məqsəd aydındır - başqagüclərin əli ilə itirilmiş torpaqları geri almaq.

Beləliklə, biz sadəcə ayrı-ayrı çıxışlarla deyil, revanşistdüşərgənin dirçəldilməsi cəhdi ilə qarşı-qarşıyayıq. “Sabiqlərin”bu qədər ictimai şəkildə fəallaşması təsadüfi deyil. Bu, artanməyusluqdan, sosial təzyiqdən və beynəlxalq qeyri-müəyyənlikdənqidalanır. Əvvəllər bu, “ruhların yallısı”na bənzəyirdisə, indigetdikcə hesablanmış plan, xarici koordinasiya və siyasi proqramlıfəaliyyətə çevrilməkdədir.

Revanşistlərin fəallaşması birbaşa Nikol Paşinyanın qeyri-sabitvəziyyəti ilə əlaqəlidir. Yeddi illik hakimiyyət - və cəmiyyətətəqdim ediləcək uğurlar getdikcə azalır. İki itirilmiş müharibə.Ermənilərin “öz torpağı” saydığı ərazilərin əldən çıxması. Rusiya -narazı tərəfdaş. Qərb - soyuq və ehtiyatlı. İqtisadiyyat - asılı vəzəif. Reytinq - sərbəst enişdə. Bütün bunlar “sabiqlər”in əlinəfürsət verir: revanşist şüarları yenidən dövriyyəyə buraxaraq,patriotizmi paranoyaya qarışdıraraq etirazçı və milliyyətçielektoratı birləşdirməyə çalışırlar.

Bununla yanaşı, erməni cəmiyyətindəki daxili demorallaşma davacib amildir. 2023-cü ildə Qarabağ anklavının darmadağınedilməsindən sonra Ermənistanda təkcə siyasi deyil, psixolojisarsıntı da yaşandı. Bu boşluq - qayda, revanş və “tarixi ədalət”vədləri ilə geri dönən köhnə idollar üçün ideal zəmin yaradır. Məhzbu kontekstdə Koçaryan və Balasanyanın qışqırıqları təsadüfi deyil,məqsədyönlü təzyiq vasitəsidir.

Rusiya bu teatrda təkcə səhnəarxası müşahidəçi deyil. O, yenitamaşanın potensial rejissorudur. Moskva uzun müddətdir ki,Paşinyanın Qərbə yönəlməsi, KTMT-dən uzaqlaşması və Ermənistan-Aİmissiyasına görə qəzəblidir. Kreml bu situasiyada həm yumşaq, həmsərt təzyiq vasitələrinə əl atır. 2024-cü ildə bu, iqtisadiəngəllər - təchizat gecikmələri, logistik bloklar şəklində idi.İndi isə - revanşistlərlə açıq flört başlayıb.

Balasanyanın Putinə müraciəti - tək bir adamın çarəsiz fəryadıdeyil. Bu, Rusiyanın daxilində rezonans doğuracaq şəkildəhesablanmış mesajdır. Gülüstan və Türkmənçay müqavilələrinə istinadsadəcə tarixi ritorika deyil. Bu, açıq sövdələşmə təklifidir: sizbizə Qarabağı qaytarın, biz sizə sadiq Ermənistan veririk.Moskvanın narazılığı fonunda onun Ermənistanın daxili siyasətindəkidestabilizasiya rolunu qiymətdən salmaq olmaz. Kreml bəlkə dərevanşizmin təşəbbüskarı deyil, lakin onun səssiz razılığı və“qarabağlı klan”ın nümayəndələrini Moskvada isti qarşılamasıvəziyyəti getdikcə daha çox eskalasiyaya yaxınlaşdırır.

Sözlərdən daha təhlükəli olan - əməllərdir. Və bu nöqtədəmənzərə xüsusilə narahatedici görünür. “Erkrapa” kimi silahlıhüceyrələri olan veteran təşkilatları və qondarmahərbi-vətənpərvərlik qrupu VoMa son vaxtlar sərhəd zonasındagetdikcə daha fəal fəaliyyət göstərir. Hərbi düşərgələr,“təlimlər”, patrul əməliyyatları - bütün bunlar Ermənistanınde-yure müharibə vəziyyətində olmadığı, lakin de-faktoprovokasiyanın sərhədində oynadığı bir şəraitdə baş verir.

“Yerkrapa” döyüşçülərinin yaxınlarda sərhəd bölgələrindəkirotasiyası təkcə Bakıya yox, həm də Yerevana ünvanlanan siqnaldır.Belə hərəkətlər heç olmasa güc strukturlarının səssiz razılığıolmadan mümkün deyil. Bu isə o deməkdir ki, elitanın bir hissəsi yatam çaşqınlıq içindədir, ya da artıq ikili oyun oynayır. Bu isətəkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün birbaşa təhlükədeməkdir.

2025-ci ildə transsərhəd təxribatlarının risklərinigörməməzlikdən gəlmək mövcud reallığı başa düşməkdən könüllüimtinadır. Suverenliyin getdikcə daha çox hibrid təhlükələrləüz-üzə qaldığı dünyada - yarı-hərbi strukturlardan tutmuşşəbəkəvari terror qruplarına qədər - qabaqlayıcı tədbir hüququartıq nadir istisna yox, norma halını alıb. Üstəlik, bu normayalnız presedentlərlə yox, həm də aparıcı güclərin praktik siyasətiilə təsdiqlənib.

Bu kontekstdə ən ardıcıl və aydın nümunə göstərən aktorlardanbiri İsraildir. Onun Livanda “Hizbullah”a, Qəzza zolağında isə“HƏMAS”a qarşı transsərhəd əməliyyatlar təcrübəsi sərt prinsipəəsaslanır: əgər təhlükə neytrallaşdırıla bilərsə - oneytrallaşdırılmalıdır. Son illərdə İsrail dəfələrlə özsərhədlərindən kənarda silah karvanlarına, komanda məntəqələrinə,təlim bazalarına, logistik marşrutlara və infrastrukturobyektlərinə zərbələr endirib. BMT də, Aİ də Təl-Əvivi birbaşa“təcavüzdə” ittiham etməyə cəsarət etməyib, çünki ümumi kontekstaydın idi: söhbət terror təhlükəsinə qarşı mübarizədən gedirdi.

ABŞ isə transsərhəd zərbə praktikasını çoxdan sistemlistrategiyaya çevirib. 1980-ci illərdə bu, Liviyaya, İraqa və Livanazərbələr idi. 2001-ci ildən sonra - Əfqanıstanda, Pakistanda,Yəməndə “Əl-Qaidə” və “Taliban” düşərgələrinə qarşı əməliyyatlar.Son aylarda isə, husilərin dəniz yollarına və ABŞ müttəfiqlərinəhücumlarına cavab olaraq, Vaşinqton BMT Təhlükəsizlik Şurasınıniclasını gözləmədən Yəməndəki raket qurğularına və komandamərkəzlərinə zərbələr endirib. Üstəlik, bu hərəkətlər müttəfiqlərindəstəyini alıb, çünki onlar özünümüdafiə aktları kimiqiymətləndirilib.

Beynəlxalq təcrübənin verdiyi mesaj aydındır: əgər bir dövlətxarici təhlükə ilə qarşılaşırsa, o, bu təhlükənin sərhədi keçməsinigözləməli deyil.

Azərbaycan, xüsusilə 2020-ci ildən etibarən, təhlükəsizliktəhdidlərinə qarşı özünəməxsus və ardıcıl yanaşma formalaşdırıb. Buyanaşma son illərin iki əsas epizodunda özünü aydın göstərdi.

Birinci - 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilmişantiterror tədbirləri. Sürətli, dəqiq və hüquqi əsaslı buəməliyyat, “humanitar missiyalar” pərdəsi altında fəaliyyətgöstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarınıtamamilə zərərsizləşdirdi. Tədbir cəmi bir gün davam etsə də,nəticəsi aydın oldu - bölgənin tam deokkupasiyası və növbətizorakılıq mərhələsinə hazırlıq görən strukturun tərksilahedilməsi.

İkinci - 2024-cü ilin fevralında erməni snayper mövqeyinəendirilmiş zərbə. Ermənistan ərazisindən Azərbaycan sərhədçilərinəatəş açıldıqdan sonra, Azərbaycan Ordusu cəmi bir neçə saat ərzindəatəş açılmış mövqeyə - artıq Ermənistan ərazisində yerləşən posta -dəqiq zərbə endirdi. O postun kimə məxsus olması vacib deyildi:istər Ermənistanın müntəzəm ordusuna, istər sərhəd xidmətinə,istərsə də “Yerkrapa” fəallarına. Vacib olan - Azərbaycanınreaksiyasının sərt, dəqiq və dərhal olması idi. Ən önəmlisi isə -bu hadisə dünya birliyindən ciddi qınaq almadı. Heç bir aparıcıölkə Bakıdan “təcavüzkar” kimi bəhs etmədi. Əksinə - bu, birbaşatəxribatın qarşısını alan tədbir kimi qəbul edildi.

Bu gün, sərhəddə yenidən “təlimlərə” başlayan “Yerkrapa”döyüşçüləri, fəallaşan VoMa kimi qruplar və media məkanında“Qarabağ uğrunda yeni müharibəyə” çağırışlar fonunda Azərbaycanyenidən tanış bir dilemmayla üz-üzədir. Dözümlülük - təşviqdeməkdir. Qabaqlayıcı tədbir - qarşısını almaq deməkdir.

Azərbaycan öz sərhədlərinə yaxın ərazilərdə paralel silahlıstrukturların yaradılmasına göz yummayacaq. Bu elementlər hibridtəhdidin bir hissəsinə çevrilən andan etibarən - Bakı hərəkət etməkhüququna malikdir. Bu - siyasi yox, milli təhlükəsizlikməsələsidir. Müasir əməliyyatların bütün məntiqi bir şeyi sübutedir: təhlükəni məhv etmək - sonradan əsgər dəfn etməkdən vəQərbdəki “humanistlərin” hiddət bəyanatlarını dinləməkdən qat-qatüstündür.

Bu gün Ermənistanda klassik legitimlik böhranı yaşanır. Paşinyannəinki siyasi, həm də simvolik nəzarəti itirməkdədir. Onun yeriniisə artıq bir dəfə ölkəni fəlakətə sürükləmiş qüvvələr doldurmağacan atırlar. Sadəcə bu dəfə onlar təkcə təcrübə ilə deyil, eynizamanda xarici dəstəklə silahlanıblar. Rusiya - kölgə kimi İrəvanınsiyasi dəhlizlərində dolaşır. Fransa isə “erməni kimliyininxilaskarı” obrazında çıxış edərək, eyni zamanda Ermənistanısilahlandırır. Amma bütün bunlar Ermənistanın onsuz da kövrək olansabitliyini uçuruma bir addım da yaxınlaşdırır.

Hazırkı vəziyyətin inkişafı üçün mümkün ssenarilər belədir:

Revanşistlərin güclənməsi, Paşinyanhakimiyyətinin tamamilə çöküşü və ölkənin idarə olunan xaosasürüklənməsi, bu fonda isə sərhəddə hərbi təxribat ehtimalı.

Qərbin Paşinyana dəstəyinin güclənməsi, lakinbunun əvəzində ondan güzəştlər tələb etməsi. Bu isə Ermənistancəmiyyətini ondan daha da uzaqlaşdırır və daxili parçalanmanıdərinləşdirir.

Azərbaycanın qabaqlayıcı addımlar atması,təhlükələri ilkin mərhələdə neytrallaşdırması və bunu beynəlxalqpresedentlərə uyğun - terrorçu strukturlara qarşı güc tətbiqikontekstində həyata keçirməsi.

Bölgənin hibrid müharibə mərhələsinə keçidi,burada açıq döyüşlərdən çox, bir-birini əvəzləyən lokaltoqquşmalar, diversiyalar və informasiya hücumları baş verir. Və buümumi geosiyasi mozaikanın yalnız bir hissəsidir.

İrəvan çox gec olsa da, artıq dərk etməlidir ki, Azərbaycanınxəbərdarlıqları sadəcə ritorika deyil, dövlət strategiyasınıntərkib hissəsidir. Əgər İrəvanda bunu hələ də anlamırlarsa -nəticələr geri dönüşü olmayan olacaq. Və o zaman vəziyyət həqiqətənqızışanda, nə “qaliblərin nəvələrini”, nə də onların havadarlarınıxilas edəcək kimsə tapılmayacaq.

Tarix ikinci şansı həmişə vermir. Ermənistan isə öz şansınıartıq xərcləyib.

Azərbaycan bunu çoxdan açıq şəkildə bəyan edib: ermənirevanşizminin heç bir forması - nə siyasi, nə hərbi, nə də terrorçu- qəbul edilməyəcək. Odla oynayanlar - istər keçmiş komandirlərolsun, istər çantasında yalan və nifrət daşıyan “yenivətənpərvərlər” - başa düşməlidirlər: region artıq dəyişib. Yenireallıqda isə ən düzgün addım - qırmızı xəttə yaxınlaşmamaqdır.

Çünki əgər bu xətt keçilərsə - cavab qaçılmaz olacaq.

Sərhəddə oynamaqdan imtina etmək vaxtıdır. Növbəti addım -sonuncu ola bilər.

Seçilən
0
3
az.trend.az

4Mənbələr