
Çinin Mülki Aviasiya İdarəsi dünyanın ən böyük “Kunlong AG600M” mülki amfibiya təyyarəsini sertifikatlaşdırıb.
Yenavaz.com “Naked Science” nəşrinə istinadla xəbər verir ki, AVIC korporasiyası tərəfindən hazırlanan nəqliyyat vasitəsi rəsmi olaraq istifadəyə verilib.
İki illik sınaqlar zamanı “Kunlong AG600M” təyyarəsi 2000-dən çox uçuş yerinə yetirib.
Sınaqlarda 10000-dən çox parametr yoxlanılıb və ümumi uçuş müddəti 3560 saat təşkil edib.
“Naked Science” xəbər verir ki, bunlar Çin aviasiyasında rekord göstəricilərdir.
Bu təyyarənin istehsalı “böyük milli bir layihəyə” çevrilib Layihədə 292 müəssisə və 16 universitet iştirak edib.
Hazırda “Kunlong AG600M” amfibiya dünyanın ən böyük müasir dəniz təyyarəsidir. O, 4500 kilometrə qədər məsafəyə 12 tona qədər suyu daşımaq qabiliyyətinə malikdir.
