AZ

İdman müəllimləri də sertifikasiyadan keçəcəklər

Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də  attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. İddialara görə, yaxın zamanlarda idman klublarında fəaliyyət göstərən müəllimlərin də attestasiyası prosesinə başlanması gözlənilir.

Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Asif Əsgərovla həmsöhbət olub.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin İdman təhsili sektoru tez-tez rayonlarda və paytaxtda müvafiq yoxlamalar aparır:

“Bu yoxlamalar KİV-lərdə yayımlanmasa da, birbaşa nəzarət aparılır. Ona görə də, paytaxt və rayonlarda bir çox məktəblərin bağlanması, qrupların ləğv olunması tələb olunan meyarlara uyğun gəlməməsi ilə bağlıdır. Amma yəqin ki, Gənclər və İdman Nazirliyi də bununla bağlı öz işlərini görür, əgər bu yoxlamalar sertifikasiya və attestasiya şəklində olacaqsa, yəqin ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Deputat bildirib ki, bütün idman məktəblərinin yoxlanılması Gənclər və İdman Nazirliyinin funksiyasına aiddir:

“Hətta əvvəllər digər nazirliklərin nəzdində olan idman məktəblərində belə yoxlamalar aparılırdı. İdman sahəsinə cavabdeh olan Gənclər və İdman Nazirliyidir. İndi də belə araşdırmalar gedir, yuxarıda qeyd etdiyim sektorun əməkdaşları məktəblərdə yoxlamalar aparırlar. Məşq keçən idmançıların hamısı İdman Akademiyasını bitirirlər. Onların diplomları ilə yanaşı, işləmək üçün hüquqi səlahiyyəti olmalıdır”.

Seçilən
0
3
demokrat.az

4Mənbələr