Bakı. Trend:
Bu gün artıq Azərbaycanda yeni dizayn olunmuş bir qiymətləndirməsektoru formalaşmaqdadır.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin(AQC) VIII hesabat-seçki konfransında çıxışı zamanı cəmiyyətinsədri Vüqar Oruc deyib.
O bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)1998-ci ildə yaradılmasına və 1999-cu ildə Ədliyyə Nazirliyindəqeydiyyatdan keçməsinə baxmayaraq, bu gün də AQC öz aktuallığınısaxlayır və proseslərə öz töhfələrini verməkdədir: "Məhz bizimdövrümüzdə qiymətləndiricilərin beynəlxalq əlaqələrin inkişafıistiqamətində mühüm addımlar atıldı. Beynəlxalq QiymətləndiricilərStandartları Komissiyasının üzvü kimi biz çox aktiv fəaliyyətgöstəririk.
2022-ci ildə sədr seçildikdən sonra ilk səfərimizi qardaş Türkiyəyəoldu. Həmin səfərdə biz Türk tərəfi ilə razılaşdırdıq ki, əgərbütün istiqamətlərdə dövlət rəhbərliyi Türk dövlətlərinin birliyiistiqamətində addımlar atırsa, niyə qiymətləndiricilər butəşəbbüsdən çıxış etməsin? Öhdəmizə götürdük ki, Şimali Kipr TürkCümhuriyyətini Türkiyə tərəfi, digər Orta Asiya Türk dövlətləriniisə Azərbaycan tərəfi bir araya gətirsin və yeni birlikformalaşdırsın".
"2024-cü ilin mayında Azərbaycanda Türk DövlətləriQiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransı keçirildi.Həmin konfransda rəhbərliyin Azərbaycan QiymətləndiricilərCəmiyyətinə həvalə olundu", - V. Oruc rəhbərlik etdiyi qurumun əldəetdiyi nailiyyətlərlə bağlı məlumatları bölüşüb.
Qeyd edək ki, bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti(AQC) VIII Hesabat-Seçki Konfransını keçirir.
Konfransda Cəmiyyətin son illərdəki fəaliyyəti ilə bağlı hesabattəqdim olunacaq. AQC-nin sədri, İdarə Heyətinin və Nəzarət-TəftişKomissiyasının yeni üzvləri seçiləcək. Tədbir çərçivəsindəqiymətləndirmə sahəsinin aktual problemləri və sektorun inkişafperspektivləri müzakirə olunacaq.
Konfransda dövlət rəsmiləri, Milli Məclis deputatları, ictimaixadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri vəkütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər.Həmçinin qiymətləndirmə sahəsində fəaliyyət göstərən ekspertlər vəmütəxəssislərin də tədbirə qatılması nəzərdə tutulur.
Həmçinin təşkilati məsələlər müzakirə olunacaq, hesabatməruzələri təqdim ediləcək, rəsmi qonaqlar çıxış edəcək və gizlisəsvermə yolu ilə yeni rəhbərlik seçiləcək.
Konfransın sonunda Azərbaycan Qiymətləndiriciləri adındanAzərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlanacaq.