Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Qaradağ Buduğ kəndindən olan Vətən müharibəsi şəhidi Elməddin Rəsul oğlu Alxasovun anası Əsli Alxasovanı 60 illik yubileyi münasibətilə ziyarət edib.
İcra başçısı şəhid anasını ad günü münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. Səmimi görüş zamanı şəhid anasına gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.