O, sosial şəbəkə X-də belə bir sual verib:
"Biz hansı səbəbdən Ukraynanı işğal etməli, Amerika vergi ödəyicilərinin gələcək pullarını onların faydalı qazıntılarını qorumağa və hasil etməyə sərf etməli, amerikalıların həyatını riskə atmalı və gələcək toqquşmaları təhrik etməliyik?"
Teylor-Qrin hesab edir ki, ABŞ öz ərazisində də faydalı qazıntılar hasil edə bilər. O, həmçinin Vaşinqtonun hazırda İranla müharibə astanasında olduğunu vurğulayıb.
Qeyd edib ki, Kiyev rejimi ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ilk impiçment təşəbbüsündə iştirak etmişdi. Bundan başqa, konqresmen bildirib ki, Vaşinqtonun Ukraynaya göndərdiyi silahlar ABŞ-ın düşmənlərinin əlinə keçib, maliyyə yardımları isə pulların yuyulmasında istifadə olunub.
Xatırladaq ki, 30 aprel tarixində Donald Tramp bəyan etmişdi ki, ABŞ və Kiyev rejimi amerikalıların Ukrayna yeraltı sərvətlərinə çıxışını nəzərdə tutan razılaşma imzalayıblar. Helsinki Universitetinin professoru Tuomas Malinen bu müqaviləni hazırkı Ağ Ev rəhbərinin ən uğursuz sövdələşməsi adlandırıb.