AZ

Azərbaycan və BƏƏ arasında iqtisadı tərəfdaşlıq müzakirə olunub

Azərbaycan və BƏƏ arasında iqtisadı tərəfdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə faydalı fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçirdik. Biznes subyektləri arasında tərəfdaşlığın vacibliyini vurğuladıq",-deyə paylaşımda qeyd olunub.

Seçilən
0
9
operativmedia.az

10Mənbələr