AZ

İsrail Suriyaya hava zərbələri endirib

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq və Həma, Latakiya, Dera və Kuneytra əyalətlərinə hava zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu şəhərlərə edilən ən azı 12 hücumda insan tələfatı ilə bağlı rəsmi orqanlar tərəfindən hələlik heç bir məlumat paylaşılmayıb.

İsrail döyüş təyyarələri də dünən Dəməşqdə Prezident Sarayı yaxınlığında hücuma keçib.

İsrail ordusu açıqlamasında Suriyada hərbi obyektin, zenit silahlarının və yer-hava raket infrastrukturunun vurulduğunu bildirib.

Seçilən
0
1
operativmm.az

2Mənbələr