AZ

Rusiya HHQ 170 ədəd PUA-nı məhv edib

Moskva, 3 may, AZƏRTAC

Rusiya Hərbi Hava Qüvvələri mayın 3-nə keçən gecə 170 ədəd pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, PUA-lar Krasnodar diyarı, Rostov, Bryansk, Belqorod və Kursk vilayətləri səmasında vurulub.

Bundan başqa, RF Müdafiə Nazirliyi bildirib ki, Qara dəniz akvatoriyası üzərində 8 ədəd “Storm Shadow” qanadlı raketi və 3 “Neptun-MD” idarəolunan raketi məhv edilib. Dənizin akvatoriyasında isə Ukraynanın 14 ekipajsız kateri vurulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
0
2
azertag.az

3Mənbələr