Olaylar.az xəbər verir ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini qeyri-müəyyən müddətə təxirə salıb. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiyə istinadən RİA Novosti məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton hazırda yeni məhdudiyyətlər üçün ideyalar tapmaqda çətinlik çəkir.Əvvəllər ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, mövcud sanksiyalar qüvvədə qalacaq, lakin yenilərinin tətbiqi imkanları da saxlanılır. Reuters və Bloomberg-in məlumatına görə, Tramp administrasiyası Rusiya energetika sektoruna qarşı yeni sanksiyaları nəzərdən keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31