AZ

Bölgə klubunda avrokuboklarla bağlı AÇIQ MESAJ - FOTO FAKT

Ayxan Abbasov "Zirə", "Sumqayıt" və "Turan Tovuz"un ardınca "Şamaxı"da da öz məşqçi bacarığını ortaya qoymağı bacarır.

Bir illik aradan sonra Premyer Liqaya qayıdan bölgə klubu məhz onun rəhbərliyi altında elitada qalmaq vəzifəsini həftələr öncədən yerinə yetirmiş sayıla bilər.

Sona 5 tur qalmış kollektivin artıq ilk "beşlik"də qərarlaşmaq uğurunda mübarizə apardığını görürük.

Yerli publikanın da təcrübəli mütəxəssisə güvəni hər ötən gün artmaqdadır.

Hətta avrokuboklara getmək səviyyəsində...

Bunu biz yox, "Kəpəz"lə sonuncu görüşdə fanatların tribunada "Ayxanla Avropaya" yazılı pankart açmaları açıq verilən mesajdır.

Təbii ki, növbəti mövsümlər üçün...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr