Bakı, 3 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunu keç irilib.
AZƏRTAC xəbər verir ki, "Hyuston Rokets" doğma meydanda "Qolden Steyt Uorriors"a 115:107 hesabı ilə qalib gələrək seriyanı bərabərləşdirib - 3:3.
Ev sahiblərinin heyətində türkiyəli basketbolçu Alperen Şengün 21 xal, 14 ribaundla "dabl-dabl" edib. Qonaqların ən məhsuldar oyunçusu isə 29 xal toplayan Stefen Körri olub.
Komandalar arasında seriyanının növbəti - yeddinci matçı mayın 5-də təşkil olunacaq.