Bakı. Trend:
Türkiyənin Esenyurt şəhərində 3 mərtəbəli tekstil fabrikiyanıb.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanğın yerli vaxtla 07.30 radələrində binanın sonmərtəbəsində yerləşən qumaş materiallarının saxlanıldığı anbardabaş verib.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da, müəssisəyə böyükmaddi ziyan dəyib.
Yanğına müdaxilə etmək məqsədilə hadisə yerinə çoxlu saydayanğınsöndürmə dəstələri səfərbər olunub. Bir müddətdən sonra alovulokallaşdırmaq mümkün olub.
Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. İnsidentləəlaqədar araşdırma aparılır.