AZ

Ruben Amorim: “İtirilmiş mövsümü heç nə xilas edə bilməz”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasında mümkün qələbə ilə bağlı sualı özünəməxsus qənaətlə cavablayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, portuqal mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Biz bilirik ki, bizim mövsümümüzü heç nə xilas etməyəcək. Avropa Liqası isə bizim fəsadlarımızla bağlı heç nəyi dəyişməyəcək, amma buna rəğmən, o bizə qalibiyyət halımızda növbəti mövsümün Çempionlar Liqasında çıxmağa kömək edəcək. Amma yarışda qalibiyyət nəinki komanda üçün, həmçinin sizlər, azarkeşlər üçün böyük nailiyyət ola bilər. Hamı bilir ki, bu, bizim mövsümümüz üçün həqiqətən vacibdir. Həmçinin Çempionlar Liqasına çıxmaq, növbəti il Avropa yarışlarında iştirak etmək imkanı hətta yayda da bizim klubumuzda çox şeyi dəyişə bilər.

Biz öz azarkeşlərimizin münasibətini ardıcıl və düzgün qərarlarla dəyişməliyik. Bax, biz bunu gerçəkləşdirməliyik ki, klubumuzu zirvəyə qaytara bilək”, deyə Ruben Amorim vurğuayıb.

Xatırladaq ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında tarixən ən bərbad mövsümünü keçirir. “Qırmızı şeytanlar” 34 oyundan 39 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Göründüyü kimi, “Mançester Yunayted” hazırda yarımfinalına gəlib çatdığı Avropa Liqasında qalibiyyət əldə edə bilməsə, növbəti mövsümdə avrokuboklarsız qalacaq ki, bunun da klubun həm simasına, həm iqtisadiyyatına və həm də futbol baxımından əhməiyyətinə zərbə olacağı şəksizdir.

Xatırladaq ki Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “qırmızı şeytanlar” Bilbao səfərində yerli “Atletik”i 3:0 heabı ilə məğlub ediblər.

Mayın 8-də cavab oyunu çərçivəsində Ruben Amorimin “Mançester Yunayted”i “Atletik”i “Old Trafford”da qəbul edəcək və yarışın finalına yüksəlməyə çalışacaq.

Seçilən
0
arena.az

1Mənbələr