Bakı. Trend:
Bakıda keçirilən “Bədii gimnastika üzrə Avropa kuboku”nun üçüncügünü başlayıb.
Trend xəbər verirki, yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətlərikomandası 5 halqa, 5 gürzlə çıxış edəcək. Gənclər arasındaçoxnövçülükdə qaliblər müəyyənləşəcək.
Daha sonra gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqramtəsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər vəlentlə çıxış edəcəklər və onların mükafatlandırılması olacaq.
Ardınca isə qrup hərəkətləri komandasında böyüklər arasında çarpazqarşılaşmalar olacaq. Onların mükafatlandırma mərasimi ilə üçüncügünə yekun vurulacaq.