Bakı.Trend:
Donald Trampın administrasiyası Rumıniya ilə ABŞ arasında olanvizasız rejimi ləğv edib.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər ABŞ Daxili Təhlüksəzilik Nazirliyinəistinadən məlumat yayıb.
“Rumıniya 2025-ci il yanvarın 9-da siyahıya daxil edilsə də, buqərar 2025-ci il mayın 2-də ləğv olunana qədər qüvvəyə minməyib,” –qurumdan bildirilib.
Məlumata görə, yeni qaydalar təxminən martın 31-də qüvvəyəminməli idi, lakin Daxili Təhlükəsizlik Nazirliyi proqramınicrasını dayandıraraq yoxlama aparmağa qərar verib. Yoxlamanınnəticələrinə əsasən, sərhəd və miqrasiya təhlükəsizliyinin təminolunması məqsədilə proqramın ləğv olunması barədə qərar qəbuledilib.
Qeyd edilir ki, sözügedən ölkə ilə vizasız rejim barədə müqaviləTrampın sələfi, keçmiş prezident Co Baydenin administrasiyasıtərəfindən bağlanmışdı.