AZ

Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

“Euronews” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində - Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb.

“Report”un məlumatına görə, kanalın materialında deyilir ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir. Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.

"Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, ehtimal ki, işgəncələrə məruz qalıblar. 
Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb", - telekanalın saytındakı məlumatda qeyd olunub.

Materialda həmçinin vurğulanıb ki, "Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi zamanı kütləvi qətllərin baş verdiyi yerə çevrilib".

Seçilən
0
12
demokrat.az

10Mənbələr