AZ

"Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə daha 2 cüdoçumuz tatamiyə çıxacaq.

Apasport.az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış bu gün Bakı vaxtilə saat 11:00-da başlayacaq.

Cüdoçularımızın rəqibləri müəyyənləşib

Azərbaycan millisində ciddi itki

Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar

Riçard Trautman: "Los-Anceles-2028 bizim uzunmüddətli hədəfimizdir"

Olimpiya çempionumuz finalda məğlub oldu

Seçilən
0
apasport.az

1Mənbələr