AZ

“Azercell”in verdiyi internet 6 dəqiqəyə bitir

Abonentlərin “Azercell”in xidmətlərindən narazılığı və şikayəti durmadan artır.

Tribunainfo.az xəbər verir ki, şikayətçi Səadət Məmmədovanın sözlərinə görə, aldığı internet paketi 6 dəqiqəyə bitib:

“Səhər saat 08.56-da 1,5 GB internet paketi aldım, heç bir proqramı açmadım. Saat 9.02-də mesaj gəldi ki, internet paketi bitdi. 6 dəqiqəyə bu necə ola bilər, hörmətli “Azercell”?.

Mesaj yazıram, cavablayan yoxdur. App-dən danışdığım chatbot isə ümumi avtomatik cavablar verir”.

Xatırladaq ki, “Azercell”dən müştərilərin bu kimi şikayəti həddən artıq artıb. Abonentrlər 2 manat xidmət haqqı, zəif internet, aşağı səviyyəli xidmətdən narazılıq edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr