AZ

Narkotik əməliyyatı: 41 nəfər saxlanıldı, 34-ü həbs olundu

Türkiyədə narkotacirlərə qaeşı genişmiqyaslı əməliyyat keçirilib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəvər verir.

 Məlumata görə, eyni vaxtda bir neçə ünvana edilən basqın zamanı 2 kilo 700 qram kokain, 30 min ekstazi həbi, 1500 ədəd Hind keneviri bitkisi, 2 kilo 300 qram sintetik kannabinoid xammalı və digər narkotik maddələr, həmçinin 3 silah, 180 min TL nağd pul vəsaiti müsadirə olunub.

Əməliyyat nəticəsində 41 nəfər saxlanılıb. Onlardan 34-ü barəsində həbs qərarı verilib, 4 nəfər isə məhkəmə nəzarətində azadlığa buraxılıb. 

Nuriyyə Musayeva

Seçilən
0
bakivaxti.az

1Mənbələr