Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qarabağ” – “Sumqayıt” matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışda olacaq. Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlara biletlərin qiyməti 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
Xəbərdə o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, sözügedən qarşılaşma mayın 4-də “Azərsun Arena”da təşkil olunacaq. Qarşılaşmaya saat 18:00-da start veriləcək.