AZ

Ev almaq istəyənlərin nəzərinə – QİYMƏYLƏR QALXIR

Bakı şəhərinin Baş planına əsasən aparılacaq söküntü işləri mənzil bazarında qiymət artımına səbəb olacaq. Bu artım xüsusilə fərdi yaşayış evlərində hiss ediləcək.

Bu sözləri Tribunainfo.az-a əmlak məsəkələri üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, söküntüyə görə kompensasiya alan sakinlərin daha çox Masazır, Xırdalan, Günəşli kimi ərazilərə üz tutacağı gözlənilir. Bu da həmin ərazilərdə qiymət artımına səbəb olacaq:

“Söküntü zamanı vətəndaşa verilən məbləğlə onlar xüsusilə fərdi yaşayış evlərinə müraciət edəcəklər. Bu da fərdi yaşayış evlərinin qiymətinə təsir edəcək.

Xüsusən də qiyməti təxminən 50.000 manatdan 150.000 manat arası dəyişən evlərdə təqribi 15%-ə qədər qiymət artımına gətirib çıxaracaq.

Ötən illərlə müqayisədə hazırda paytaxtda yeni binaların tikintisində səngimə var. Səbəb isə Bakının baş planına əsasən tikintilərin aparılmasıdır.

Tikilməkdə olan binalardakı mənzillərdə də qiymət artımı gözlənilir”.

E. Fərzəliyev bildirib ki, növbəti söküntü zamanı tikiləcək mənzillərin də satış qiymətləri ötən illərlə müqayisədə yüksək olacaq:

“Əvvəlki illərlə müqayisədə yeni tikiləcək binalarda da ortalama 20-25%-ə qədər artımlar gözlənilir. İndi hazır binalarda olan mənzillərin satış qiymətləri tikilməkdə olan yeni çoxmənzilli yaşayış binalarından daha ucuz qiymətədir. Tikintisi indi davam edən binalarda da ötən illərə nisbətən ciddi artımlar var”.

Nigar İxtiyarqızı

Seçilən
0
tribunainfo.az

1Mənbələr