Bakı. Trend:
Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində başvermiş helikopter qəzası nəticəsində azı bir nəfər həlak olub, dahadörd nəfər xəsarət alıb.
Trend xəbər verirki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarınaistinadla məlumat yayıb.
Bildirilib ki, “Robinson R44 II” tipli helikopterin pilotu enişzamanı idarəetməni itirib və hava nəqliyyatı vasitəsi təxminən 10metr hündürlükdən yerə çırpılıb. Hadisə nəticəsində helikopterdəolan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzazamanı yerdə olan bir nəfər isə həyatını itirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların həyatınatəhlükə olmadığı bildirilir.
Hazırda əyalətin mülki aviasiya idarəsi qəzanın səbəbləriniaraşdırır.