AZ

Səmərqənddə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya–Körfəz sammiti təxirə salındı

Bakı. Trend:

Mayın 5-də Səmərqənddə keçirilməsi planlaşdırılan MərkəziAsiya–Körfəz Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətətəxirə salınıb.

Trend xəbər verirki, bu barədə “Gazeta.uz” məlumat yayıb.

Özbəkistan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunurki, tərəflər qarşılıqlı məsləhətləşmələr əsasında yeni tarixüzərində işlərini davam etdirirlər. Sammitin dəqiq tarixi və digərdetalları daha sonra açıqlanacaq.

Nazirlik, həmçinin, bu format çərçivəsində dialoq vətərəfdaşlığın gücləndirilməsi istiqamətində səylərin davametdiriləcəyini bəyan edib.

Qeyd edək ki, Mərkəzi Asiya–Körfəz Əməkdaşlıq Şurasının ilksammiti 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının Ciddəşəhərində keçirilmişdi. Şuraya Fars körfəzinə çıxışı olan altı ərəbdövləti – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt,Bəhreyn, Oman və Qətər daxildir.

Bundan əvvəl Daşkənddə keçirilən forumda Mərkəzi Asiya və Farskörfəzi ölkələrindən olan ekspertlərin iştirakı ilə müzakirələraparılmışdı.

Seçilən
0
az.trend.az

1Mənbələr