Oğuzda sürət həddini aşan sürücü ağır qəzaya səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz rayon sakini 29 yaşlı Kənan Əzizovun idarə etdiyi minik avtomobili rayonun Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib.
Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Nəticədə sürücü ağır xəsarət alıb, avtomobildəki sərnişin 25 yaşlı Ürfan Məcidov isə hadisə yerində keçinib. Sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun müalicəsi davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta