AZ

Donald Tramp özünü Papa kimi təsvir edən foto paylaşıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarında özünüPapa kimi təsvir edən süni intellektlə yaradılmış fotopaylaşıb.

Trend-inməlumatına görə, görüntüdə Tramp ağ rəngli, dik yaxalı, düyməliuzun papa cübbəsi geyinmiş şəkildə qızılı rəngli stulda oturur.Onun sinəsində qızıl xaç, başında isə katolik mitrası – dəfnəçələngi simvolu yer alır.

Sol əli dizinin üzərində uzanıb, sağ əli isə yuxarı qaldırılıbvə şəhadət barmağı havaya tuşlanıb. Sağ əlindəki üzük barmağındaisə pontifik hakimiyyətinin simvolu sayılan “balıqçı üzüyü”görünür. Bu üzük, İsa Məsihin həvarisi və ilk Papa hesab edilənPyotrun varisliyini təcəssüm etdirir.

Tramp görüntünü heç bir şərh və ya başlıq əlavə etmədənpaylaşıb. Qeyd edək ki, o, daha əvvəl Papa Fransiskin ölümündənsonra pontifik olmaq istədiyini zarafatla dilə gətirmişdi.

Seçilən
0
1
az.trend.az

2Mənbələr