Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Jorje Jesus komandadan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli”yə 1:3 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb. Klub rəhbərliyi qərarını bundan sonra verib.
“Əl-Hilal” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə kubokunu qazanıb. Bu mövsümdə isə komanda ölkə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta