AZ

Hindistanda məbəd ətrafında sıxlıq - 6 ölü, azı 50 yaralı var

BAKI. 3 may. TELEQRAF

Hindistanın Qoa ştatında məbəd ətrafında təşkil edilən dini mərasim zamanı baş verən sıxlıq nəticəsində azı 6 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Teleqraf NDTV telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Şirqaon şəhərində yerləşən məbəddə minlərlə dindarın toplaşdığı ənənəvi illik yürüş zamanı baş verib.

Hadisə yerinə təcili yardım xidmətləri və polis əməkdaşları gəliblər. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Araşdırma başlanılıb.

Güman edilir ki, sıxlıq böyük insan kütləsinə nəzarətin və asayişin təmin edilməsi üçün zəruri tədbirlərin görülməməsi səbəbindən baş verib.

Seçilən
0
teleqraf.com

1Mənbələr