Bakı. Trend:
Boliviyanın La-Pas departamentinin məhkəməsi keçmiş prezidentEvo Moralesin həbsinə dair orderin ləğvi ilə bağlı qərarı müvəqqətiolaraq dayandırıb.
Trend-in “ElDeber” qəzetinə istinadən verdiyi məlumata görə, bu addımı hakimFrans Sabaleta atıb. O, iddia edilən qurbanın hüquqlarınınmüdafiəsi məqsədilə digər hakim – Liliana Morenonun Moraleslə bağlıbütün qərarlarının icrasını dayandırmaq barədə göstəriş verib.Sabaleta bu qərarla işin başqa bir şöbəyə ötürülməsinin qarşısınıalıb və hüquqi prosesi sabitləşdirməyə çalışıb.
Xatırladaq ki, daha əvvəl Santa Kruz departamentinin hakimiMoreno Moralesin istintaqının dayandırılması və işin keçmişprezidentin yaşadığı Koçabamba departamentinə köçürülməsi barədəqərar vermişdi.
2024-cü ilin dekabrında Tarixa prokurorluğu 65 yaşlı EvoMoralesə qarşı insan alveri ittihamı irəli sürərək onun həbsinəorder verilməsini tələb etmişdi. İstintaq iddia edir ki, 15 yaşlıbir qız valideynləri tərəfindən Moraleslə tanış edilib və onlarınmünasibəti nəticəsində qız hamilə qalıb. Yanvar ayında Tarixaməhkəməsi prokurorluğun vəsatətini təmin edərək Moralesin həbsi iləbağlı qərar vermişdi.
Qeyd edək ki, Moralesə qarşı bu cür ittihamlar ilk dəfə deyil.2020-ci ildə prezident səlahiyyətlərini icra edən Janin Anyezhökuməti dövründə də ona qarşı azyaşlıya qarşı cinsi istismarittihamı ilə istintaq açılmışdı, lakin bu proses nəticəsizqalmışdı. Evo Morales isə bu iddiaları siyasi təqib kimiqiymətləndirir.