AZ

Şahzadə Harri Kral ailəsi ilə barışmağa hazır olduğunu bildirib

Bakı. Trend:

Şahzadə Harri Kral ailəsi ilə barışmaq istədiyini açıqlayıb.

Trend xəbər verirki, bu barədə o, “BBC”yə verdiyi müsahibədə danışıb. Harri atasının– Kral III Çarlzın onunla danışmadığını bildirib: “Mən dahamübarizə aparmaq istəmirəm və bilmirəm atamın nə qədər vaxtıqalıb”.

Şahzadə ötən illərdə ailəsi ilə yaşadığı fikir ayrılıqlarınatoxunaraq onları bağışladığını və artıq münasibətləri bərpa etməyəhazır olduğunu vurğulayıb: “Ailəmlə barışmaq istərdim. Davamlımübahisələrin mənası yoxdur”.

Xatırladaq ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl2020-ci ilin martında kral ailəsinin fəaliyyətlərindən könüllüşəkildə uzaqlaşıb. Cütlük hazırda ABŞ-da yaşayır.

Rəsmi vəzifələrdən geri çəkildikdən sonra Harrinin BöyükBritaniyada dövlət tərəfindən maliyyələşdirilən polis mühafizəsiləğv edilib. O, bu qərardan narazı qalaraq məhkəməyə müraciət etsədə, Apellyasiya Məhkəməsi hökumətin qərarını qüvvədə saxlayıb.Hazırda Şahzadə Harri və ailəsi Birləşmiş Krallığa səfər etdiklərizaman təhlükəsizlik tədbirləri yalnız fərdi qaydada nəzərdənkeçirilir.

Seçilən
0
az.trend.az

1Mənbələr