AZ

İsrail Suriyada genişmiqyaslı hava hücumları həyata keçirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Suriyanın müxtəlif bölgələrindəyerləşən hərbi obyektlərə genişmiqyaslı zərbələr endirib.

Trend xəbər verirki, “Al Hadath” telekanalının məlumatına görə, hücumlar əsasənLatakiya əyalətindəki Cebel əl-Şaara bölgəsini hədəfə alıb.Suriyanın “Əl Vətən” qəzetinin yaydığı məlumata əsasən, son birneçə saat ərzində İsrail 18 ayrı-ayrı hava hücumu həyatakeçirib.

Zərbələr nəticəsində Dəməşq ətrafında yerləşən Suriya ordusunun41-ci diviziyasının mövqeləri, Dəra əyalətinin İzra şəhəriyaxınlığındakı artilleriya alayı və Həma əyalətindəki digər hərbiobyektlər hədəf alınıb. “Əl-Cəzirə”nin məlumatına görə, DəranınMavsabin kəndi yaxınlığında yerləşən hava hücumundan müdafiəsistemi də bombalanıb.

Son məlumatlara əsasən, hücum nəticəsində Dəməşq kənarındayerləşən Həma əyalətində bir mülki şəxs həlak olub, dörd nəfər isəyaralanıb.

Livanın “Əl Manar” telekanalı bu hücumu Suriya ərazisinə indiyəqədər həyata keçirilmiş ən güclü İsrail hava hücumu kimidəyərləndirib.

İsrail tərəfi hələlik hücumlarla bağlı rəsmi açıqlamayaymayıb.

Seçilən
0
az.trend.az

1Mənbələr