AZ

Yalçın Rəfiyev Londonda regional sabitlik və COP29 məsələlərini müzakirə edib

Bakı. Trend:

Böyük Britaniyada səfərdə olan Azərbaycanın xarici işlərnazirinin müavini Yalçın Rəfiyev Birləşmiş Krallığın Avropa, ŞimaliAmerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti iləregional sabitlik, iqtisadi əməkdaşlıq və iqlim məsələləri üzrədanışıqlar aparıb.

Trend xəbər verirki, britaniyalı nazir sosial şəbəkədə paylaşım edərək görüşü müsbətqiymətləndirib: “Birləşmiş Krallıq Azərbaycanın yaxın tərəfdaşıdır.Bu həftə Yalçın Rəfiyevlə görüşüb regional sabitlik, iqtisadiəməkdaşlıq və iqlim öhdəliklərimizin irəliləməsini müzakirə etməkyaxşı oldu”.

Dauti, həmçinin, Bakı ilə İrəvan arasında sülh sazişinin mümkünqədər tez imzalanması yönündə Birləşmiş Krallığın dəstəyini birdaha ifadə edib.

Azərbaycanlı diplomat isə cavab paylaşımında iki ölkə arasındatərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu qeyd edərək, buəsasın düzgün şəkildə istifadə olunduqda ümumi maraqlarınirəliləməsinə böyük imkanlar yaratdığını vurğulayıb.

Rəfiyev, həmçinin, ötən il Bakıda keçirilmiş BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası – COP29-da Birləşmiş Krallığın konstruktiv rolunuyüksək qiymətləndirib: “Birləşmiş Krallığın konstruktiv iştirakıCOP29-da irəliyə doğru nəticələrin əldə olunmasında son dərəcəəhəmiyyətli olmuşdur”.

Xatırladaq ki, aprelin 29-da Azərbaycan xarici işlər naziriCeyhun Bayramovla Stiven Dauti arasında telefon danışığı da baştutmuşdu.

Qeyd edək ki, Böyük Britaniyada dövlət naziri (Minister ofState) faktiki olaraq profil üzrə nazirin müavini hesab olunur vənazirlik daxilində spesifik sahələrə nəzarət edir. O, hökumətinsiyasətinin formalaşdırılmasında və beynəlxalq təmsilçilikdə mühümrol oynayır.

Seçilən
0
az.trend.az

1Mənbələr