Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi qeyri-nüvə başlığına malik dənizdənburaxılan hipersəs raketinin prototipini uğurla sınaqdankeçirib.
Trend-inməlumatına görə, sınaq Florida ştatındakı Canaveral burnunda baştutub və raketin buraxılışı “soyuq başlanğıc” texnologiyası iləhəyata keçirilib. Bu üsul raketin əvvəlcə qaz təzyiqi ilə silosdanvə ya konteynerdən çıxarılmasını, əsas mühərrikin isə qurğudanmüəyyən məsafəyə uzaqlaşdıqdan sonra işə düşməsini nəzərdətutur.
Pentaqonun izahına görə, bu texnologiya ABŞ Hərbi DənizQüvvələrinə raketi platformadan təhlükəsiz şəkildə uzaqlaşdırmaq vəəsas mərhələnin işə düşməsindən əvvəl gəmi üçün təhlükəni minimumaendirmək imkanı yaradır.
ABŞ Hərbi Dəniz Strateji Sistemlər Komandanlığının rəhbəri,vitse-admiral Conni Volf bildirib: “Bu texniki nailiyyət, HərbiDəniz Qüvvələrimizə təhlükəsiz və etibarlı hipersəs imkanları təminetmək yolunda mühüm addımdır”.
Gələcəkdə bu cür hipersəs raketlərinin ABŞ donanmasının“Zumvalt” sinifli esminesləri ilə təchiz edilməsiplanlaşdırılır.