AZ

Netanyahu müdafiə naziri ilə Qəzza əməliyyatının genişləndirilməsini müzakirə etdi

BAKI. 3 may. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamirlə Qəzza sektorunda döyüş əməliyyatlarının genişləndirilməsi planlarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli Ynet portalı məlumat yayıb.

Məlumata görə, bir neçə saat davam edən müşavirə zamanı Kats və Zamir Netanyahuya HƏMAS hərəkatına qarşı hərbi təzyiqin gücləndirilməsi ilə bağlı əvvəlcədən təsdiqlədikləri planı təqdim ediblər. Ehtiyatda olan minlərlə hərbçinin əlavə səfərbərliyini əhatə edən hərbi əməliyyatın genişləndirilməsi planı mayın 4-də hökumətin təsdiqinə çıxarıla bilər.

"HƏMAS girovları azad etməyənə qədər İsrail hərbi əməliyyatları genişləndirməyə davam edəcək", - “Ynet” istinad etdiyi mənbədən sitat gətirir.

Portalın məlumatına görə, söhbət sektorun ələ keçirilməsindən deyil, "əməliyyatın növbəti əhəmiyyətli mərhələsindən" gedir.

Seçilən
0
teleqraf.com

1Mənbələr